Bölgələr

Masallıda Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib

15-02-2011 | 14:36        

  

Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin zona müşavirəsi keçirilib. 16 rayondan baytarların iştirak etdikləri müşavirədə ölkədəki epizootik vəziyyət, 2011-ci ildə görüləcək işlər müzakirə olunub. Ötən il aparılan profilaktik tədbirlər hesabına epizootik vəziyyətin sabit saxlanıldığı bildirilib. 18 min baş ev heyvanına, 170 min quşa vaksin vurulub, 10 min quşun qanı yoxlanılıb. İl ərzində köçəri quşların məskunlaşdıqları ərazilərdə və fərdi təsərrüfatlarda 9 dəfə monitorinq keçirilib ki, bu zaman quş qripi və digər infeksion xəstəliklər qeydə alınmayıb. Baytarlıq sahəsində mövcud nöqsanlar da diqqətə çatdırılıb, baytarlıq tədbirlərinin səmərəliliyini yüksəltmək üçün konkret tapşırıqlar verilib.