Siyasət

Ukraynada “Xocalıya Ədalət Kampaniyası” çərçivəsində tədbirlərə start verilib

15-02-2011 | 11:17        

  

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü  ilə Ukraynada elan olunmuş Xocalı ayına  Nikolayev şəhərindən start verilib. Xocalıya ədalət  kompaniyası çərçivəsində  həyata keçirilən tədbirlər  Ukraynanın kütləvi informasiya vasitələrinin diqqətini də özünə cəlb edib .

Nikolayev vilayət azsaylı xalqlar üzrə şuranın sədri Murad Kaymurazov: “Xocalıda baş verənlər adi faciə deyil, bu əsl soyqırım aktıdır Bu cinayəti törədənlər cəzalandırılmalıdır ki, bir daha bu kimi vəhşiliklər tarixdə təkrarlanmasın”

Nikolayev vilayət millətlərarası şöbənin sədr müavini Viktor Çubataryov : “Xocalı  faciəsi bizim qəlbimizdə daim olmalıdır, Çünki belə bir soyqrımın unudulması gələcəkdə tarixin saxtalaşdırılmasına   səbəb olar”