İqtisadiyyat

Aşqabadda Xəzər dənizində boru kəmərlərinin çəkilməsinin ətraf mühitə təsiri ilə bağlı beynəlxalq konfrans keçiriləcək

14-02-2011 | 15:34        

  


 Aşqabadda Xəzər dənizində boru kəmərlərinin çəkilməsinin ətraf mühitə təsiri ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə Türkmənistanın baş naziri Bəymurat Hocaməhəmmədov hökumətin keçirdiyi iclasda məlumat verib. O bildirib ki, Türkmənistanın həyata keçirdiyi enerji strategiyasında yeni ixrac marşrutlarının yaradılması nəzərdə tutulub. Bu strategiyaya Xəzər dənizinin dibi ilə dünya bazarlarına Türkmənistan enerji ehtiyatlarının nəqli üçün yeni qaz kəmərinin çəkilməsi daxildir. Prezident Qurbanqulu Berdumuhəmmədov isə bildirib ki, bu cür layihələrin reallaşmasının ətraf mühitə edə biləcəyi təsir ilə bağlı geniş tədqiqatlar aparılmalıdır.