İqtisadiyyat

Qazaxıstan Xəzərdə nərəkimilərin ovu ilə bağlı beynəlxalq razılaşma layihəsi hazırlayıb

14-02-2011 | 15:18        

  


Qazaxıstan Xəzər dənizində nərəkimilərin ovu ilə bağlı ödəmə müddətinin uzadılması üzrə beynəlxalq razılaşma layihəsi hazırlayıb. Ölkənin kənd təsərrüfatı nazirliyinin yaydığı məlumata görə, bu layihə kommersiya məqsədlərinə xidmət edir. Bununla əlaqədar fevralın 14-ü və 15-də Astanada 5 xəzəryanı ölkənin nümayəndələrinin iştirakı ilə müşavirə keçirilməsi nəzərdə tutulub. Müşavirədə nərəkimilərin sayının azalması problemi və  onların kommersiya məqsədi ilə ovlanmasını nəzərdə tutan moratorium müzakirə olunacaq.