Cəmiyyət

Bakıda “2-ci ürək günləri” beynəlxalq konqresi keçiriləcək

14-02-2011 | 14:47        

  

Azərbaycanda “2-ci Bakı Ürək Günləri” beynəlxalq konqresi keçiriləcək. Artıq Konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanılıb. “2-ci Bakı Ürək Günləri”  konqresi Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək. Beynəlxalq tədbir ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilib. Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlər müzakirə olunacaq. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatların Konqres salonunda canlı yayımı “Bakı Ürək Günləri”nin elmi-praktiki əhəmiyyətini daha da yüksəldəcək.  Konqres çərçivəsində həmçinin əcnəbi qonaqlar  Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə də  tanış olmaq imkanı əldə edəcəklər. Xatırladaq ki, “2-ci Bakı Ürək Günləri” mayın 13-dən 15-dək keçiriləcək. Artıq Konqresdə iştirak etmək üçün qeydiyyat və məqalələrin qəbuluna başlanılıb. İlk dəfə olaraq respublikamızdan və xarici ölkələrdən məqalə və tezislər elektron poçtla qəbul edilir. Bundan ötrü iştirak etmək istəyənlər Konqresin rəsmi saytında  qeydiyyatdan keçib məqalələrini göndərə bilərlər.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR