Mədəniyyət

3-cü televiziya muğam müsabiqəsi start götürür

14-02-2011 | 13:13        

  


 

Fevralın 14-dən başlayaraq 3-cü  televiziya muğam müsabiqəsi  start götürür. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm nazirliyinin dəstəyi,   Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi və Azərbaycan Televiziyasının  təşkilatçılığı ilə keçirilən müsabiqədə  20 nəfər vəsiqə qazana bilib.  Müsabiqənin açılış mərasimi Beynəlxalq  Muğam Mərkəzində keçiriləcək. Tədbir yeni açılan Mədəniyyət kanalı və Aztv ilə  canlı yayımlanacaq. Yarışma 3 ay ərzində davam edəcək