Siyasət

20 yanvar faciəsi ABŞ-da da yad oluna bilər

11-01-2011 | 13:25        

  

ABŞ-dakı Azərbaycan və Türk diasporları yeni kampaniyaya start veriblər. Diaspor birliyi Konqresdən 20 yanvar faciəsinin qurbanlarını bir dəqiqəlik sükutla yad etməyi və rəsmi bəyanat verməyi istəyir. Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diasporları “Qara Yanvar”ın ildönümünə diqqəti çəkmək üçün Konqres üzvlərinə yüzlərlə məktub göndərib. Məktublarda deyilir: “1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə 26 000 nəfərlik Sovet qoşunu suveren Azərbaycanı zəbt etdi, fövqəladə vəziyyət elan olunub. Azərbaycanlıların Sovet işğalına qarşı mətanətli müqaviməti fevral ayına kimi davam edib. Nəticədə 170 azərbaycanlı öldürülüb, 321-i itkin düşüb, 700-dən çox adam yaralanıb, yüzlərlə adam tutulub. Bununla əlaqədar “Azərbaycanda Qara Yanvar” adlı hesabatında Human Rights Watch təşkilatı yazırdı ki, “Sovet qoşunlarının yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmırdı”. Məktub müəllifləri bildirirlər ki, Azərbaycanda günahsız dinc adamlara qarşı Sovet qoşunlarının hücumundan əvvəl digər Sovet respublikalarında da qətliyamlar baş verib. 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda baş verən faciəli hadisələr sonra Litvada təkrarlandı, amma “20 Yanvar”ın amansızlığı Kommunist Partiyasının qüvvələri tərəfindən həyata keçirilən kollektiv cəzanın ən böyük nümunəsi idi. Məktubda o da vurğulanır ki, “Bu amansız, dəhşətli hadisə həm də gələcəkdə müstəqilliyə və azadlığa qovuşmaq üçün bir ümid yaradıb. İllər ötür, amma bu hadisə yaddaşlardan silinmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Yanvarın 20-də Azərbaycan paytaxtındakı Şəhidlər Xiyabanına gələrək, ölkənin müstəqilliyi uğrunda qurban gedənlərin xatirəsini yad edir. Şəhidlərin məzarı üstünə gül qoyulur və millətin istiqlal, demokratiya və azadlıq yolunda vəzifələrinin unudulmadığı bir daha sübut olunur”. Sitatın sonu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR