Siyasət

ATƏT PA-nın seçki sonrası missiyasının üzvləri Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb

12-02-2011 | 18:56        

  

 

Ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasanın  seçki sonrası missiyasının üzvləri  Milli   Məclisin sədri Oqtay Əsədovla görüşüb. Azərbaycan  ATƏT və onun qurumları ilə əlaqələrin inkişafına böyük önəm verir. Volfqanq Qrossrukla Azərbaycandakı parlament seçkilərindən öncə görüşdüyün deyən Parlamentin Sədri ölkənin qanunvericilik orqanının fəaliyyətə başladığını və ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin formalaşdığını diqqətə çatdırıb. Sədr seçki prosesi ilə əlaqədar qonağa obyektiv mövqeyinə görə minnətdarlığını bildirib. Demokratiya yolunda addımlayan Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğunluğu və seçki texnologiyalarından səmərəli istifadə qeyd edilib. Spiker Avropaya inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olduğunu bir daha qonağın diqqətinə çatdırıb. ATƏT PA-nın vitse-prezidenti Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. Volfqanq Qrossruk  yeni seçilmiş Azərbaycan parlamentinin fəaliyyətə başlaması münasibəti ilə öz xoş arzularını çatdırıb. Qonaq xüsusi olaraq vurğulayıb ki, Azərbaycanda apardığı müşahidələr onda belə bir fikir formalaşdırıb ki, seçki prosesi irəliyə doğru addım olub, proses zamanı həm müsbət, həm də qüsurlu hallar qeydə alınıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR