Siyasət

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərlərinin yekunlarına dair bəyanat yayıb

12-02-2011 | 16:00        

  

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb”. Bu fikirləri ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov  və Robert Bradtkenin  Cənubi Qafqaz regionuna səfərinin yekunları ilə bağlı yaydıqları bəyanatda bildirilir.  Həmsədrlər tərəfləri münaqişənin sülh yolu ilə həlli və yeni mərhələyə başlamaq üçün növbəti irəliləyişlərə nail olmağa çağırıb. Bəyanatda sülhün əldə olunması üçün əlverişli mühitin yaradılması məqsədi ilə münaqişə tərəflərinə səbir nümayiş etdirmək, o cümlədən açıq bəyanatlarda dözümlülük göstərmək tövsiyə olunur. Həmsədrlər həm Yerevanda, həm də Bakıda keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qətiyyətli addımlar atmağın vaxtı yetişdiyini vurğulayıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, İqor Popov  və Robert Bradtkenin  Cənubi Qafqaz regionuna səfərinin yekunları ilə bağlı yaydıqları bəyanatda o da vurğulanır ki, 2010-cu ilin oktyabr ayında Həştərxan görüşündən sonra başlayan fəaliyyət nəticəsində münaqişənin həlli istiqamətində müsbət irəliləyişlər əldə olunub. Vasitəçi qrup hesab edir ki, münaqişənin tez bir zamanda və sülh yolu ilə həllində yeni addımların atılmasının vacib məsələdir. Həmsədrlər münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin vacib qərarlar qəbul etmələrinə bütün dəstəyi göstərəcəklərini də bildiriblər.

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR