Mədəniyyət

Azərbaycanın “Eurovision-2011”-dəki təmsilçiləri bəlli olub

12-02-2011 | 13:35        

  

Ölkəmizi “Eurovision-2011” –də təmsiçil edəcək iştirakçılar artıq bəllidir. Qaliblər Dünən Akademik Milli Dram Teatrında keçirilən “Eurovision-2011” mahnı müsabiqəsinin milli seçim turunun beş finalçı arasından seçilib.

Təmsilçilik uğrunda 5 finalçı Eldar Qasımov, İlqarə İbrahimova, İlhamə Qasımova, Nigar Camal və Aynişan Quliyeva mübarizə aparıb. İfaçıların hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış ediblər. İlk əvvəl Nigar Camal, ikinci Aynişan Quliyeva, sıra ilə İlqarə İbrahimova, Eldar Qasımov və İlhamə Qasımova öz istedadlarını bir daha nümayiş etdiriblər. Finalçıların hər biri dünya estradası ilə yanaşı, Azərbaycan mahnıları və “Eurovision” müsabiqəsindən mahnılar ifa ediblər. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Eurovision” ulduzlarının da çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Şouda Gürcüstanı ötən il  “Eurovision-2010”da təmsil edən Sofo Nijaradze, San-Marinonun “Eurovision-2011”dəki təmsil edəcək Senit Zadik, İsveçrənin “Eurovision-2011”dəki nümayəndəsi Anna Rossinelli və digər qonaqlar finalçılara dəstək olublar. Final konsertinin sonunda münsiflər heyəti tərəfindən qaliblərin adları açıqlanıb. Qeyd edək ki, Milli Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanıb.