Siyasət

İKT-nin Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin Baş Assambleyasının XIV toplantısı işə başlayıb

11-01-2011 | 13:07        

  

İslamabadda İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin   Baş Assambleyasının növbəti, XIV toplantısı işə başlayıb. Yanvarın 13-dək davam edəcək toplantıda Azərbaycanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov təmsil edir. Baş Assambleyanın açılış mərasimində  Azərbaycanda İKT, elm, texnologiya sahəsində həyata keçirilən dövlət siyasəti,  Regional İnnovasiya Zonaları, «Trans-Avrasiya Super İnformasiya Magistralı» layihələri həqqında məlumat veriləcək. Toplantı Pakistanın dövlət başçısı, İslam Konfransı Təşkilatı Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin sədri Asif Əli Zərdarinin sədrliyi ilə keçirilir. Xatırladaq ki, ötən ilin mart ayında Ər-Riyadda keçirilən toplantı çərçivəsində, kömitə üzvləri son illər Azərbaycanda yüksək texnologiyalar və süni peyk sahəsində aparılan işləri nəzərə alaraq, ölkəmizi alternativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib.