İqtisadiyyat

Vergi dərəcələrinin artırılması nəzərdə tutulmur

11-02-2011 | 17:40        

  

Vergi dərəcələri artırılmayacaq. Əksinə vergi ödəyicilərinin nağdsız hesablaşmalardan  daha çox istifadə etmələri üçün yeni stimullaşdırıcı təkliflər hazırlanır.

2011-ci ilin dövlət büdcəsinin təsdiqi ilə əlaqədar  vergilər sahəsində yeni islahatların həyata keçirilməsi nəzərdə tutulur. Vergilər naziri Fazil Məmmədov bildirib vergi dərəcələrinin azaldılması planlaşdırılmır, əksinə vergi ödəyicilərinin nağdsız hesablaşmalardan uzaq olması ilə bağlı təkliflər hazırlanır.

Bu il həm də  büdcə proqnozlarının icrasının tamamilə yerinə yetirilməsi planlaşdırılır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə daha böyük məbləğdə-təqribən 300 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödənilməsi  nəzərdə tutulur. Ötən ilin yekunlarına görə isə vergi proqnozları 96,1 faiz nisbətində yerinə yetirilib. Həmçinin əvvəlki, 2009-cu illə müqayisədə  qeyri-neft sahəsi üzrə  180 milyon manat daha çox vəsait  dövlət büdcəsinə ödənilib.