Siyasət

Bosniya və Herseqovinanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

11-01-2011 | 12:52        

  

Yanvarın 12-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Akalyan Azərbaycana rəsmi səfərə gələcək. Xarici işlər nazirliyinin yaydığı məlumata görə səfər proqramı çərçivəsində bosniyalı nazirin Azərbaycanın dövlət rəsmləri ilə görüşləri planlaşdırılıb. Səfərin əsas məqsədi isə ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsidir.