Cəmiyyət

Yeni Azərbaycan Partiyasının qərargahında KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib

11-02-2011 | 16:41        

  

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının  qərargahında KİV nümayəndələri  üçün  mətbuat konfransı keçirib.

2010-cu ildə Komitə tərəfindən aparılan işlərin əsas istiqamətləri barədə məlumat verən Komitə sədri Ramiz Həsənov  standartlaşdırma, metrologiya, akkreditasiya, uyğunluğun qiymətləndirilməsi və sənaye mülkiyyətinin mühafizəsi, akkreditasiya sahələrində görülən işlərdən danışıb. Qeyd edib

ki, qanunvericilik sahəsində bir neçə normativ sənəd hazırlanıb. “Texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi haqqında” və “Ölçmələrin vəhdəti haqqında” Qanun layihələri müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunub. Ramiz Həsənov Ölkə iqtisadiyyatının Avropa standartlarına keçidinin təmin olunmasının zəruriliyini nəzərə alaraq Komitə tərəfindən atılan addımların səmərəli nəticələr verdiyini bildirib.

Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına  daxil olması, yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, qida məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ekologiya üzrə Texniki Komitə, Keyfiyyətin idarə olunması üzrə Texniki Komitə yaradıldığını vurğulayıb. Ölkənin yanacaq-enerji ehtiyatlarının qənaəti ilə bağlı problemlərin həlli, onlardan istifadənin effektivliyinin yüksəldilməsi ilə bağlı Komitə tərəfindən “Enerjiyə qənaət və enerji səmərəliliyi sahələrində standartlaşdırma sisteminin inkişafı” üzrə Dövlət Proqramı layihəsi hazırlanmış, müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. 2010-cu ildə  beynəlxalq, Avropa Birliyinin və regional standartlar əsasında hazırlanmış 162 milli standart dövlət qeydiyyatına alınıb. Milli Metrologiya Mərkəzində 5 laboratoriyadan ibarət Milli Etalon Bazası sənaye mülkiyyəti sahəsində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri genişləndirilib. Komitə sədri Yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyevin yekun nitqində  Azərbaycanda Bürokratik əngəllərin aradan qaldırılmasına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlarına  uyğun olaraq neqativ hallarla mübarizə sahəsində komitədə dövlət nəzarəti xətti ilə əməli işlərin görüldüyünü və nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı Komitəyə 2010-cu il ərzində 77 müraciət daxil olub və  bu müraciətlərdən 55-i müsbət həll olunub.

 

 

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR