Cəmiyyət

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin tikintisinə dair sənədlər təsdiq olunub

11-02-2011 | 16:26        

  

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin tikintisinə dair sənədlər təsdiq olunub. Bu barədə məlumat verən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yaxın vaxtlarda binaların tikintisinə başlanacaq. Şura sədri jurnalistlərə press-kartların veriləcəyini də bildirib. Onun sözlərinə gorə, kartlar mətbuatda müqavilə ilə çalışan, həqiqətən həmin Kütləvi İnformasiya Vasitələrinin əməkdaşı olan şəxslərə verilir.