Xarici xəbərlər

ABŞ-da qarlı hava şəraiti hökm sürür

11-02-2011 | 15:43        

  

ABŞ-da  qarlı hava şəraiti hökm sürür

Peru və Boliviyada isə daşqınlar minlərlə insana ziyan vurub. Amerika Birləşmiş Ştatlarının mərkəzi bölgələrində Kanadadan gələn soyuq hava kütləsi həyatı iflic edib. Soyuq hava ilə bərabər qar çovğunu da tüğyan edir. Havanın həddindən artıq soyuması bölgənin infrastrukturuna ciddi ziyan vurub. Meteoroloqlar Arkanzas və Oklahoma ştatlarında havanın temperaturunun mənfi 20 dərəcə olduğu barədə məlumat yayıblar. Oklahoma ştatının Bartlsvil bölgəsində isə havanın temperaturu mənfi 33 dərəcə olub. Bəzi ştatlarda fövqəladə vəziyyət elan olunub. Yerli hakimiyyət orqanları əhaliyə küçəy6ə çıxmamağı tövsiyə edib. Bəzi elektrik stansiyalarında qəzalar da qeydə alınıb. Bölgənin avtomobil yollarında da acınacaqlı vəziyyət yaranıb. Yolların buz bağlaması və qar fırtınası səbəbindən minlərlə avtomobil yollarda qalıb. Qar fırtınası ilə mübarizəyə milli qvardiya səfərbər olunub. Peruda isə aramsız yağan leysanlar daşqınlara səbəb olub. İka və Kusko şəhərlərində vəziyyət daha acınacaqlıdır. Çayların məcrasından çıxması nəticəsində yüzlərlə ev su altında qalıb. Minlərlə sakin evlərini tərk etməyə məcbur olub. Ölkənin cənub-qərbindəki İka çayının daşması eyniadlı şəhərdə 150 evə ciddi ziyan vurub. Bir çox evlərin divarlarında iri çatlar əmələ gəlib. Yüzlərlə ev qəza vəziyyətinə düşüb. Təbii fəlakət nəticəsində Kusko şəhəri yaxınlığında bina çöküb. Dağıntılar altında 2 azyaşlı qızın qaldığı  bildirilir. Sel suları əsasən kənd təsərrüfatına ciddi ziyan vurub. Yüz hektarlarla pambıq, üzüm və yerfındığı  plantasiyaları məhv olub. Sel Pisko şəhəri yaxınlığındakı körpünü dağıdıb. Boliviyada da  leysan yağışlar çayların məcrasından çıxmasına  və torpaq sürüşmələrinə  səbəb olub. Torpaq sürüşməsi nəticəsində onlarla ev dağılıb. Ölkənin meteorologiya xidmətindən bildiriblər ki, leysan yağışlar mart ayının 15-nə qədər davam edəcək. Son günlər ərzində leysan yağışların yaratdığı daşqınlar yaşayış və ofis binalarına ciddi ziyan vurub. Sel suları küçədə avtomobilləri yuyub aparıb. Sakinlər evlərini tərk etmək məcburiyyətində qalıblar.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR