Siyasət

P.Semnebi: “Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün daha çox səy göstərmək lazımdır”

11-02-2011 | 15:40        

  

“Cənubi Qafqazda münaqişələrin qarşısını almaq üçün daha çox səy göstərmək lazımdır. Bunu Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi Vyanada ATƏT-in Daimi Şurasının iclasında çıxışı zamanı deyib. Xüsusi nümayəndə qeyd edib ki, Dağlıq Qarabağda təhlükəsizliklə bağlı vəziyyət xüsusi olaraq narahatlıq doğurur. Onun sözlərinə görə Cənubi Qafqazda həll olunmayan münaqişələr, əsasən də Dağlıq Qarabağ məsələsi regionda sabitlik üçün əsas təhlükə olaraq qalmaqdadır. Diplomat Ermənistan tərəfini atəşkəs rejiminə ciddi əməl etməyə, Avropa İttifaqını və ATƏT-i bu istiqamətdə səylərini gücləndirməyə çağırıb.