Mədəniyyət

Xalçaçılıq muzeyində təlim proqramı hazırlanıb

11-02-2011 | 15:37        

  

Lətif  Kərimov adına  Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində 2-ci  təlim seminar proqramı keçirilib.  Seminar  xalça sənətinin  incəliklərinin öyrənilməsi və cəmiyyətin  bütün təbəqələrinin maraq dairəsinə çevrilməsi məqsədilə  təşkil edilib.

Mədəniyyət və Turizm  Nazirliyi, UNESCO-nun Moskva Bürosunun birgə təşkilatçılığı ilə xalçaçılıq ənənələri və bədii sənət sahələrinin təbliği məqsədilə layihə hazırlanıb. Əsas məqsəd muzey siyasətinin yayılması  və muzeylərin sosial  rolunun  artırılmasıdır.

 Təlimdə Ağdaş, Masallı, Kürdəmir, Astara, Gəncə, Daşkəsən, Şirvan Sumqayıt, Abşeron tarix-diyarşünaslıq  muzeylərinin əməkdaşları iştirak ediblər. Xalçaçılıq muzeyinin fondunda  15 minə yaxın eksponat var.  Bunların 6 mini xalça və xalça məmulatlarına aiddir.