Mədəniyyət

Litva dövlətinin bərpasına həsr olunan konsert keçirilib

11-02-2011 | 15:33        

  

Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib. Konsert Litva dövlətinin bərpası gününə həsr olunub. Tədbirdə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas çıxış edərək, bu əlamətdar günü Azərbaycan xalqı ilə birgə bayram etməkdən qürur duyduğunu dedi. Konsertin bədii rəhbəri və baş dirijoru xalq artisi Teymur Göyçayev, solist  isə Litvadan dəvət olunan Muza Rubatskite idi. Litvalı qonaq müntəzəm olaraq Avropada konsertlər verir. Onun çıxışları Fransanın “Fransa radiosu” və “Klassik radio” dalğalarında tez-tez səsləndirilir. Azərbaycanlı musiqisevərlərə isə proqramda Mosart, Çurlionisin, Nauyalisin əsərləri ilə yanaşı, klassik azərbaycanlı bəstəkarların da əsərləri təqdim olundu.

Qonaqlara Filarmoniyanın foyesində sərgi də təqdim olunub. Litvanın klassik bəstəkarı və rəssamı Çurlionisin rəsm əsərləri qonaqlar tərəfindən maraqla qarşılanıb.