Cəmiyyət

“ Diplomatik məktub” adlı jurnalının 91-ci sayı azərbaycan gömrük xidmətinə həsr olunub

11-01-2011 | 12:45        

  

Fransanın  “ Diplomatik məktub”  adlı jurnalının 91-ci sayında Azərbaycan Dövlət Gömrük Komitəsinin 2010-cu ilin yayında Avropa Şurasını təşkil etdiyi sərgidə iştirakı haqqında geniş məqalə dərc olunub. Məqalədə Gömrük xidmətinin yarandığı dövrdən indiyədək fəaliyyətini əks etdirən zəngin eksponatlardan söhbət açılıb. “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” adlı məqalədə gömrük komitəsinin mədəni və dini irsin qorunması sahəsində fəaliyyətinin zəngin və çoxşaxəli olması vurğulanıb. Həmçinin 2006-cı il yanvarın 30-da ilk gömrük tarixi muzeyinin açılması və sonra bu muzeyin yeni şöbəsinin və ümummilli lider Heydər Əliyevin Xatirə Muzeyinin yaradılması barədə fransız oxucularına məlumat verilib. Məqalədə Azərbaycan Gömrük Tarixi muzeyinin 2007-ci ildə rəsmi şəkildə qeydiyyata alındığı, bunun sayca ölkəmizdə 169-cu muzey olduğu da qeyd olunub. Gömrük xidmətinin yarandığı dövrdən indiyədək fəaliyyətini əks etdirən zəngin eksponatlardan söhbət açılmış məqalədə, AŞ-da təşkil edilmiş sərginin Azərbaycan gömrükçülərinin xidmətləri barədə geniş təsəvvür yaratdığı da  yazılıb.