Mədəniyyət

“Avroviziya-2011” mahnı yarışmasının milli seçim konserti olacaq

11-02-2011 | 15:26        

  

Azərbaycanı Almaniyada keçirilən “Avroviziya-2011” mahnı müsabiqəsində təmsil edəcək müğənni bu gün baş tutan milli seçimdə bəlli olacaq. Mübarizəyə 5 musiqiçi qoşulub. Final mərhələsində 5 ifaçı – İlhamə Qasımova, Eldar Qasımov, Aynişan Quliyeva, İlqarə İbrahimova və Nigar Camal mübarizə aparacaq. Akademik Milli Dram Teatrında keçiriləcək konsert  axşam saat 9-da  başlayacaq. Üç saatlıq konsert proqramında finalçılarla yanaşı, “Avroviziya” ulduzlarının da çıxışları nəzərdə tutulur. Budəfəki şouda seyrçilərə Azərbaycanın bu mahnı müsabiqəsində 2010-cu ildəki təmsilçisi Səfurə Əlizadənin, Gürcüstan təmsilçisi Sofia Nijaradzenin, San Marinodan Senitin, İsveçrədən Anna Rossinellinin, tanınmış DJ Devid Vendettanın ifaları təqdim olunacaq. Final konserti   Eurovision TV ilə  canlı yayımlanacaq. Həmçinin Gürcüstanın İctimai Televiziyası və TRT vasitəsilə də bu yarışmanı izləmək mümkün olacaq. Qaliblər  konsertin sonunda  münsiflər heyətinin səs verməsi nəticəsində bəlli olacaq.