Mədəniyyət

Opera və Balet Teatrında “Yeddi gözəl” baleti nümayiş olunub

11-02-2011 | 15:18        

  

Opera və Balet Teatrı bu mövsümdə tamaşaçılara daha bir layihə təqdim edib. Teatrda Qara Qarayevin “Yeddi gözəl” baleti yenidən səhnələşdirilib

Balet Dahi Azərbaycan şairi Nizam Gəncəvinin eyni adlı poeması əsasında yazılıb. Tamaşada  Bəhram şah rolunu ilk dəfə olaraq Böyük Teatrın aparıcı solisti Rusiyalı artist Mixail Lobuxin ifa edib. Onun  “Yeddi gözəl” baletində iştirak etmək üçün dəvət olunması, bütünlükdə tamaşanın və əsas partiyalardan biri olan Bəhram şah rolunun bədii-professional səviyyəsinin artırılmasından ibarətdir. Qeyd edək ki, Mixail Lobuxin ötən il Opera və Balet Teatrının səhnəsində Lyüdvik Minkusun “Don Kixot” baletində də əsas partiyalardan birini oynayıb. Digər yenilik  isə baletin Rusiyanın məşhur xoreoqraflarından biri olan Vasili Medvedyevin quruluşunda təqdim olunmasıdır. Tamaşada Gözəllər gözəli rolunu Əməkdar Artist Kamilla Hüseynova ifa edib. Fevralın 21-də “Yeddi gözəl” baletinin eyni truppa ilə Böyük Teatrın səhnəsində nümayişi gözlənilir.