Zəlzələ nəticəsində ziyan dəymiş rayonların əhalisi üçün yardımların paylanılmasına başlanılıb
Fövqaladə Hallar Nazirliyi mayın 7-də baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş rayonların əhalisinə yardımların paylanılmasına başlayıb. Artıq Zaqatala, Qax və Balakən rayonlarında 57 ailəyə yardım olunub.
Mayın 7-də baş verən zəlzələ ilə əlaqədar Balakən rayon Fövqaladə Hallar Komissiyasına 300-dən artıq müraciət daxil olub. İlkin araşdırmaya əsasən 146 evin ciddi xəsarət aldığı müəyyən edilib. Fövqaladə Hallar Nazirliyinin komissiyası tərəfindən aparılan yoxlamalar nəticəsində 40 evin yenidən tikilməsi qərara alınıb. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə, eləcə də əhaliyə yardımların paylanılmasına başlanılıb. FHN tərəfindən Balakən rayonunun kəndlərində ehtiyacı olan ailələrə çadrlar paylanılıb, ərzaq və geyim yardımları təqdim olunub.
Təbii fəlakətdən zərər çəkmiş bölgədə yardımların paylanılması və zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində aparılan işlər davam etdirilir.


English
Русский




Bütün xəbərlər