Digər

Günəş sistemindən kənarda kiçik planet aşkar edilib

11-01-2011 | 12:38        

  

Amerika Birləşmiş Ştatlarının aeronavtika və kosmik fəzanın təhqiqatı idarəsinin mütəxəssisləri Günəş sistemindən kənarda kiçik planet aşkar ediblər. Bu kosmik obyektin kəşfi alimlərdə maraq doğurub. Yeni planetə “Kepler-10 B” adı verilib. Alimlərin fikrincə, Yerin dörddə biri böyüklükdə olan planetin səthi sərt qayalardan ibarətdir. Lakin bu planet daha ağırdır. Alimlər planetdə normal temperaturun və suyun olduğunu da düşünürlər. Son 15 ildə 700-dək yeni planet kəşf edilib ki, bunların da əksəriyyəti sıxılmış qazdan ibarətdir. Səthi qayalarla örtülü və ölçülərinə görə Yer planetinə yaxın obyektin kəşfi isə alimlərdə kosmik fəzada həyatın olduğunu sübut etməyə imkan yaradacaq.