Cəmiyyət

ADU-DA PLOV FESTİVALI KEÇİRİLİB

25-12-2010 | 19:47        

  

Dünya Azərbaycanlılarının həmrəylik gününə və qarşıdan gələn yeni ilə həsr olunan plov festivalı keçirilib. Dillər universitetinin təşəbbüsü ilə baş tutan festival qonaqlar tərəfindən maraqla qarşılanıb. 
Mərasimin bədii hissəsini giriş sözü ilə açan Universitetin rektoru Səməd Seyidov bildirib ki Azərbaycanın zəngin mətbəxini tələbələrə, xüsusən xarici tələbələrə tanıtmaq vacibdir. Festivalda düyü və onun yayılma arealından, Azərbaycanda çəltik əkinin tarixindən də məlumat verilib. Bildirilib ki, b.e. ə vı-vıı əsrdən düyü becərilir. 19-20 əsrlərdə isə Qafqazda düyü istehsalının 86 faizi Azərbaycanın payına düşüb. Dünyada isə ümumilikdə 7000 düyü növü mövcuddur. 
Festivalda Azərbaycan mətbəxinin şahı sayılan plovun 55 növü təqdim olunub. Plovun “Buta” adlı yeni növü və Azərbaycan bayrağı formasında hazırlanan “bayraq” plovu isə xüsusi maraqla qarşılanıb.