Bakı vaxtı : 
Canlı yayım
Siyaset

Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasinin 89-cu ildönümü münasibəti ilə tədbir keçirilib

 Milli Məclisdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə tədbir keçirilib. Milli Məclisin yeni nəşr etdiyi Heydər Əliyev Xatirə Zalı kitabının təqdimatı olub.  Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil və müasir Azərbaycanın yaradıcısıdır. Məhz onun sayəsində xalqımız siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yardıb. Bu təməl üzərində isə qurulan müstəqil dövlətini qoruyub saxlaya bilib. Tədbiri bu sözlərlə açan Milli Məclisin sədri Oqtay Əsədov ulu öndərin əvəzsiz tarixi xidmətlərindən danışdı. Qeyd etdi ki, bu il parlamentdəki Heydər Əliyev Xatirə Zalının yardılmasnın 5 ili tamam olur. Bu münasibətlə işıq üzü görən yeni nəşr ulu öndərin xatirəsinə ehtiramın bir ifadəsidir. Ötən 5 ildə xatirə zalı parlamentə gələnlərin ziyarət yerinə çevrilib. Milli Məclisdə qonaq olan 150-dən çox nümayəndə heyəti buradakı eksponatları maraqla izləyib. Çıxış edən Milli Məclisin üzvləri Azərbaycanın yaxın tarixinə nəzər salaraq bildirdilər ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı və ən böyük şəxsiyyətlərdəndir. Azərbaycanın dövlət müqəddaratının həll olunduğu bir vaxtda xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər, onun müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqiliiyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanıla bildi. Ulu öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Ali Sovetə sədrliyi ilə başladı. Ümummilli lider prezident seçilənədək 4 ay parlamentə sədrlik etdi. Bu müddətdə ölkədə qanunvericilik orqanının nüfuzu artdı. Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai, siyasi hadisələrin açıq, demokratik şəraitdə müzakirə olunduğu real hakimiyyət orqanına çevrildi. Qısa müddətdə parlamentin ruhu kökündən dəyişdi. Ulu öndər Milli Məclisə siyasi mədəniyyət gətirdi. Qeyd olundu ki, ulu öndərin rəhbərliyi ilə uğurlu siyasi-inkişaf strategiyasının təməli qoyuldu ki, bu da sonralar ölkənin həyatında həlledici amillərdən biri oldu. Azərbaycan qısa bir zamanda nəinki regionda, dünyada yüksək nüfuza, sözə sahib olan dövlətə çevrildi. Ulu öndər Azərbaycana milli təhlükəsizlik konsepsiyası, milli dövlətçilik ideyası, bu ideyanı daşıyıb xalqı arxasınca aparmağa qadir siyasi təşkilat, yeni lider bəxş etdi. Bu gün onun müəyyənləşdirdiyi strateji inkişaf xəttinin davam etməsi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzu getdikcə daha da artır. İqtisadi inkişaf, rifah həyatın bütün sahələrində özünü göstərir. Azərbaycanda reallaşdırılan islahatlar ölkəni dünyanın diqqət mərkəzində saxlayır. Neft-qaz sahəsində uğurla reallaşdırlan böyük regional layihələr təkcə bu günümüzün deyil, gələcək rifahımıza təminat verir. Millət vəkilləri ulu öndərin gələn il anadan olmasının 90 illiyi ilə bağlı müxtəlif tədbirlərin keçirlməsini, Heydər Əliyevin parlamentə sədrliyi dövrünü əks etdirən filmin çəkilməsini də təklif etdilər. Tədbirdə parlamentin Azərbaycan

 

Axtarış
Hava haqqında
Bakı (23-05-2013) :
Azbuludlu Gecə : +17 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir