Prezident İlham Əliyev Yasamal rayonu İnşaatçılar prospektində salınan yeni istirahət parkına baxış keçirib
Prezident İlham Əliyev mayın 9-da Yasamal rayonu İnşaatçılar prospektində salınan yeni istirahət parkına baxış keçirib. Dövlət başçısının tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində son illərdə paytaxtda ardıcıl tədbirlər davam etdirilir. Salınan yeni parklar və yaşıllıq zolaqları, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri, bağlarda və xiyabanlarda ən müasir tələblərə cavab verən infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Prezident İlham Əliyev Yasamal rayonu İnşaatçılar prospektində salınan yeni istirahət parkına gəlib.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, parkın yerləşdiyi ərazi uzun müddət baxımsız qalıb. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən bu ərazidə xüsusi layihə əsasında 4 ay ərzində müasir səviyyədə yeni park salınıb. Parkın ərazisi 3500 kvadrat metrdir. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub. Parkda uşaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Bir sözlə, ən müasir standartlar səviyyəsində qurulan park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevriləcək. Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.


English
Русский




Bütün xəbərlər