Yaponiyada fəaliyyət göstərən son AES işini dayandırıb
Yaponiyada fəaliyyət göstərən atom elektrik stansiyalarından sonuncusu işini dayandırıb. Bu gün səhər saatlarında Hokkaydo adasındakı “Tomari” atom elektrik stansiyasının reaktorlarının işi dayandırılıb. Bundan sonra isə Yaponiyadakı 54 atom elektrik stansiyasında nüvə təhlükəsizliyi və ümumilikdə stansiyaların texniki vəziyyəti yoxlanılacaq. Yalnız bundan sonra atom elektrik stansiyalarının işinin bərpa olunacağı bildirilir. Bu xəbəri eşidən ölkə sakinləri atom enerjisindən istifadənin əleyhinə olaraq kütləvi nümayişlərə başlayıblar. Qeyd edək ki, Yaponiya elektrikə olan tələbatının yarıdan çoxunu atom elektrik stansiyalarının hesabına ödəyirdi. Sonuncu atom elektrik stansiyasının işini dayandırması isə son 40 ildə bu ölkəni ilk dəfə olaraq nüvə enerjisiz qoyub. Atom elektrik stansiyalarının bağlanması Yaponiyada maye qaz və mazuta olan tələbatını kəskin surətdə artırıb.


English
Русский




Bütün xəbərlər