Cəmiyyət

Bu gün Qoruqlar və milli parklar günüdür

11-01-2011 | 12:29        

  

Yanvarın 11-i Qoruqlar və milli parklar günüdür. Hazırda Azərbaycanda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur. Qoruqların yaradılmasında əsas məqsəd  sayı azalmaqda olan bitki və heyvan növlərini qorumaqdır. Qoruğun başqa forması isə milli parkdır. Milli parkda ayrı – ayrı növlər yox, bütün təbiət qorunur. Dünyada yaradılan ilk milli park isə Yelouston milli parkıdır. Bu park Şimali Amerikadadır. Burada min hektara yaxın iynəyarpaqlı meşə qorunur.