İqtisadiyyat

Litvalı iş adamları Sumqayıt Texnologiyalar Parkında olub

10-02-2011 | 16:47        

  

 

 Litva Respublikasının Seyminin sədri xanım İrena Dyaqutenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkəmizə gəlmiş litvalı iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP)  fəaliyyət göstərən müəssisələrdə olublar.

Sumqayıt texnologiyalar parkı Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir.  Sumqayıt Texnoparkının fəaliyyəti ilə tanış olan litvalı qonaqlar, elektroenergetika sənayesi üçün məhsullar hazırlayan zavodlar, sexlər və istehsal xətləri ilə tanış oldular.

Litvalı iş adamlarına məlumat verildi ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir. Hazırda texnoparkda 9 zavod fəaliyyət göstərir. Yaxın vaxtlarda daha 1 zavodun - Dəqiq emal mərkəzləri  zavodunun istifadəyə verilməsi nəzərdə tutulur.  8 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 1000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3000-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 30 zavod və sexdən ibarət olacaq bu parkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcəkdir.

Litva Sahibkarlar Konfederasiyasının sədri Alqimantas Aksinas: “Çox sevindirici haldır ki, Azərbaycanda köhnə zavodlar bərpa edilir yeniləri tikilir. Onların istehsal gücü və məhsulun keyfiyyəti  nəinki yerli bazarı ,həmçinin xarici bazarları təmin etmək  imkanına malikdir. Azərbaycanın imkanları burda istehsal olunan məhsullar bizi  daha çox maraqlandırır və çox istəyirik ki, sizin ölkənizdə istehsal olunan malları Avropa bazarlarına çıxaraq.  

Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişaf, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqi qonaqlarda   xoş təəssürat  yaratdı.