Xarici xəbərlər

Çində buldozerlərin rəqsi ...

11-01-2011 | 12:17        

  

 Çində yüzlərlə insan qeyri-adi rəqsi izləmək üçün bir araya gəlib. Qəribə olsa da,  bu dəfə buldozerlərin rəqsi insanların diqqətini cəlb edib. Çinin şimal-şərqində yerləşən Çangçun şəhərində buldozer sürücüləri şəhər sakinlərində təəccüb doğurub. 20 ton ağırlığındakı nəhəng buldozerləri sürücülər rokn-roll musiqisinin sədası altında hərəkətə gətiriblər. 28 yaşlı buldozer sürücüsü Çao Bing deyir ki, o bu rəqsi 6 ay məşq edib. Buldozeri bu cür vəziyyətdə idarə etməyi öyrənmək Çaoya asan başa gəlməyib, məşqlər zamanı  o başından dəfələrlə zədə alıb. 2 təkər üstündə buldozeri saxlamaq olduqca çətindir, bu zaman balansı saxlaya bilmək çox vacibdir. Bu cür manevrlərin başqaları tərəfindən təkrarlanmasının təhlükəli olduğunu deyən Çao bildirib ki, təcrübəsini kimsə ilə bölüşmək fikrində deyil. Hər gün buldozer sürücülərinin şousuna tamaşa etmək üçün ətrafa yüzlərlə insan toplaşır.