Mədəniyyət

“Azərbaycan ailəsi-2011” filmlər festivalına start verilib

09-02-2011 | 16:29        

  

“Azərbaycan ailəsi-2011” film festivalına start verilib. Festival Heydər Əliyev Fondu,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı keçirilir.

 Festival “Ən yaxşı film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı tələbə filmi”, “Ən yaxşı xarici film” nominasiyaları üzrə keçirilir. Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun olmaqla yanaşı, bədii, sənədli, animasiya filmləri, televiziya proqramları və sosial çarxlar şəklində qəbul edilir. Müsabiqədə yaş məhdudiyyətinin olmadığını deyən  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva festivalın məqsədini açıqlayıb.

Dövlət Film Fondunun direktoru Cəmil Quliyev festivalın müasir kinomuzun təbliğində mühüm rol oynayacağı fikrindədir.

Azərbaycan ailəsinin özünəməxsus xüsusiyyətlərini əks etdirən  filmlər aprelin 25-dək DVD formatında təşkilat komitəsinə təqdim olunmalıdır. İşlər respublikanın tanınmış ictimai xadimləri tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə mayda keçiriləcək.