İqtisadiyyat

Brüsseldə “TRASEKA ölkələrində beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimatı keçiriləcək

09-02-2011 | 16:26        

  

 

 

Fevralın 10-u Belcikanın paytaxtı Brüsseldə “TRASEKA ölkələrində beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimatı keçiriləcək. İki gün davam edəcək tədbirdə beynəlxalq logistika mərkəzlərinin yaradılması ilə əlaqədar TRASEKA ölkələrində görülmüş işlər haqqında müzakirələrin aparılması nəzərdə tutulub. Müzakirələrdə TRASEKA-ya üzv ölkələrin milli katibləri və nəqliyyat nazirliklərinin müvafiq nümayəndələri iştirak edəcəklər. “Beynəlxalq logistika mərkəzləri” layihəsinin yekun təqdimat mərasimində Azərbaycanı Nəqliyyat Nazirliyinin nümayəndələri təmsil edəcək.