İqtisadiyyat

“Azərbaycan nefti” adlı yeni layihə hazırlanıb

09-02-2011 | 16:17        

  

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya institutunun alimləri  tərəfindən ”Azərbaycan nefti” adlı  yeni layihə hazırlanıb. Artıq proqramın icrası istiqamətində  müvafiq  işlər görülür.

 “Azərbaycan nefti” proqramı xüsusi aktuallıq kəsb edir. Belə ki məhz bu proqram nəticəsində müxtəlif geoloji tədqiqatlara başlamaq mümkün olacaq.  İnstitutda həmçinin, Cənubi-Xəzər Hövzəsinin geoloji-geofiziki modeli” bölümü üzrə  yeni metodika  və “Rezayr” proqramlar paketi hazırlanıb. Çökəkliyin 5 min metr  dərinlik kəsimi üçün sxematik  geoloji  xəritə  tərtib olunub. Nadir  geoloji obyektlərin qorunması  və uzunmüddətli  istifadəsi  proqramına uyğun olaraq nadir geoloji obyektlərin  monitorinqi aparılıb. Alınan materiallara əsasən geoloji abidələrin  unikallığı işlənib və pasportlaşmaya  cəlb olunmalı müvafiq  obyektlər  təklif edilib.