EMK-nın rəhbəri Levon Ter-Petrosyan: “Ermənistan əhalisinin 98 faizi yoxsulluq içərisində yaşayır”
Ermənistan Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan Kotayk vilayətindən seçki öncəsi kampaniyada çıxışı zamanı hazırki hakimiyyəti yenidən kəskin tənqid edib. “Ermənistan cəhənnəmə dönüb. Ölkənin şəhər və kəndlərində yaşayan əhalinin 98 faizi yoxsulluq içərisində boğulur” deyən Levon Ter Petrosyan 1998-ci ildən bu günədək Ermənistanı 1 milyondan artıq insanın tərk etdiyini bildirib. SİTAT: “Stalin vaxtilə zorla insanları Yakutsk, Altay və Sibirə sürgün edirdi. İndi isə Serj Sarkisyan əhalini elə bir həddə salıb ki, onlar könüllü şəkildə sürgünə gedirlər. Robert Koçaryan və Serj Sarkisyan özləri Ermənistanı tərk etməyəcəkləri təqdirdə problem həllini tapmayacaq” SİTATIN sonu. Ter-Petrosyan həmçinin Serj Sarkisyan, Tiqran Sarkisyan və Robert Koçaryanı tamahkar və oğru adlandırıb.


English
Русский




Bütün xəbərlər