Bakı vaxtı : 
Canlı yayım
Xarici xəbərlər

İspaniyada borc böhranı getdikcə dərinləşir

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələrinin Vaşinqtondakı toplantısı başa çatıb. Böyük 20-lik ölkələrinin maliyyə nazirlərinin də qatıldığı yaz toplantısında əsas müzakirə mövzularından biri İspaniyanın borc problemləri olub. Beynəlxalq Valyuta Fondu Yunanıstan, İrlandiya və Portuqaliyadan sonra İspaniyanın da beynəlxalq yardım üçün müraciət edəcəyini gözləyir.  İspaniyanın maliyyə naziri Luis de Gindos isə ölkəsinin böhrandan öz gücü hesabına çıxacağını düşünür. Xarici yardımlara qarşı İspaniya əhalisi də etiraz edir. İspanlar Beynəlxalq Valyuta Fondu və Dünya Bankından kreditlərin alınacağı təqdirdə beynəlxalq kreditorların əsirinə çeviriləcəklərini düşünürlər. Onlar alınacaq yardımın müqabilində ödədikləri vergilərin artacağından ehtiyatlanırlar. Xatırladaq ki, baş nazir Marinao Raxoyun rəhbərliyi altında İspaniya hökuməti martın sonlarında büdcə xərclərini 27 milyard avro azaldıb. Buna baxmayaraq İspaniya hökuməti uğurlu nəticənin tezliklə əldə olunmayacağını bildirib. Beynəlxalq sərmayəçilər isə islataların uğur gətirəcəyinə inanmırlar. Bundan başqa İspaniya bankları da etibarı itirməyə başlayıblar.