Fransada keçirilən prezident seçkilərinin ilk turu Fransua Ollandın qələbəsi ilə başa catıb
Fransada prezident seçkiləri başa çatıb. Ölkənin daxili işlər nazirliyi səslərin 95 faizi sayıldıqdan sonra ilkin nəticələri açıqlayıb. İlkin məlumatlara görə, seçkinin birinci turu sosialistlərin namizədi Fransua Olland 28.6 faizlik səslə ilk sırada başa vurub. Nikolya Sarkozi isə 27 faiz seçicinin səsini qazanıb. Üçüncü yerdə “Milli cəbhə”nin lideri Marin Lö Pen qərarlaşıb. Onu 19 faiz seçici dəstəkləyib. “Sol cəbhə”nin lideri Jan Lyuk Melanşon isə 10,18 faiz səslə 4-cü nəticə göstərib. Nəticələrə əsasən Fransada seçkilərin ikinci turu keçiriləcək. May ayının 6-da baş tutacaq ikinci turda Sosialist Fransua Ollandla hazırki dövlət başçısı Nikolya Sarkozi Yelisey sarayı uğrunda mübarizə aparacaq. Bu arada Paytaxt Parisdə hökumət əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştrakçıları hökumət əleyhinə şuarlar səsləndirib, ölkədə həyat səviyyəsinin aşağı düşməsindən - işsizlik və ədalətsizlikdən şikayətləniblər. Qeyd edək ki, “Güclü Fransa” şüarı ilə seçkidə iştirak edən Sarkozi 2007-ci ildə keçirilən prezident seçkisinin ilk turuna nisbətən bu 5 faiz az səs toplaıb.


English
Русский




Bütün xəbərlər