Bakı vaxtı : 
Canlı yayım
Rəsmi xronika

Prezident İlham Əliyev Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Prezident İlham Əliyev aprelin 23-də Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib . Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib.
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında yaxşı əməkdaşlığın qurulduğunu bildirərək, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd edib.

Axtarış
Hava haqqında
Bakı (20-05-2013) :
Buludlu Gecə : +19 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir