Bakı vaxtı : 
Canlı yayım
Cəmiyyət

Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alınıb

Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən paytaxtın Yasamal və Nəsimi rayonlarında əmlakın siyahıyaalınması tədbirləri həyata keçirilib. Abbas Mirzə Şərifzadə küçəsində yerləşən “EF TECH” elektrik malları mağazasında əmlak siyahıya alınıb. Vergi əməkdaşları tərəfindən aparılan yoxlama nəticəsində mağazasda ötən ilin dekabr ayında 4 min 252 manat məbləğində vergi borcunun yarandığı müəyyənləşdirilərək, bildiriş göndərilib. Nizami küçəsində yerləşən “DESLA” MMC-yə məxsus “SALAMANDER” ayaqqabı mağazasında da əmlak siyahıya alınıb. Burada da aparılan yoxlama nəticəsində vergi ödəyicisinin 2 min 974 manat məbləğində borcunun olduğu müəyyən edilib. Hər 2 obyektdə vergi borcunun bir hissəsi nəğd ödənilib. Vergi borcunun digər hissəsinə uyğun obyektin əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb.