Bakı vaxtı : 
Canlı yayım
Xarici xəbərlər

Fransa seçkilər ərəfəsində

Fransanın paytaxtı Parisdə 175 mindən çox insanın iştirakı ilə geniş miqyaslı aksiya keçirilib. Eyni vaxtda, lakin şəhərin müxtəlif yerlərində təşkil olunan aksiya prezidentliyə əsas namizədlər - Nikolya Sarkozi və Fransua Ollanda dəstək xarakteri daşıyıb. Aksiyanın keçirildiyi müddətdə şəhər faktiki olaraq iki düşərgəyə bölünüb. Parisin mərkəzindəki “Dostluq” meydanında keçirilən nümayişdə hazırkı dövlət başçısının 100 minə yaxın tərəfdarı iştirak edib. Nikola Sarkozi tərəfdarları qarşısında çıxış edərək “Mənə kömək edin. Sizin dəstəyinizə və səslərinizə böyük ehtiyacım var” sözlərini işlədib. Analitiklərin fikrincə, bu ilki seçkilər çox gərgin keçəcək. Və Beşinci Respubilkanın prezidenti olmaq ücün Nikola Sarkozinin xalqın dəstəyi ilə yanaşı həm də möcüzəyə ehtiyacı var. Parisin cənubundakı Vinsen qəsri qarşısında isə Sosialist partiyasının namizədi - Fransua Ollandın tərəfdarları nümayiş keçirib. İzdihamlı mitinqdə 75 minə yaxın insan iştirak edib. Oland aksiyada çıxış edərək, bildirib ki, prezident seçiləcəyi təqdirdə ilk olaraq Nikola Sarkozinin Angela Merkellə birlikdə 6 ay əvvəl Brüseldə imzaladığı maliyyə sazişinə yenidən baxacaq, ona əlavə və dəyişiliklərin edilməsinə calışacaq. Qeyd edək ki, Qeyri Hökümət Təşkilatlarının Fransada keçirdiyi son sorğuların nəticələrinə görə, ilk turda Ollandın lehinə 27, Sarkoziyə isə 28 faiz seçici səs vermək niyyətindədir. Sorğuya əsasən, ikinci turda 54-56 faiz səs çoxluğu ilə Fransua Olland qalib gələcək.

 

Axtarış
Hava haqqında
Bakı (20-05-2013) :
Buludlu Gecə : +19 | Gündüz: +20
Məzənnələr
Dollar:
Alış: 0.7801 | Satış: 0.7872

RUR:
Alış: 0.0244 | Satış: 0.0251

Avro:
Alış: 1.0028 | Satış: 1.0126
AzTV təqdim edir