İqtisadiyyat

Kənd təsərrüfatı nazirliyində kollegiya iclası keçirilib

08-02-2011 | 15:56        

  

Kənd təsərrüfatı nazirliyində kollegiya iclası keçirilib. İclasda ötən il ərzində görülən işlər, qarşıda duran vəzifələr, “şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiyasının” həyata keçirilməsi müzakirə olunub. Kənd Təsərrüfatı naziri İsmət Abbasov aqrar sektorda bir çox nailiyyətlərin əldə olunduğunu deyib. Bildirdi ki, ölkə başçısının imzaladığı bir sıra Dövlət proqramları və sərəncamlar müsbət nəticələr verib və daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub. Sonra ötən ilki fəaliyyəti əks etdirən statistik rəqəmlər açıqlandı. Son 3 ildə ümumi məhsulun artım tempi 2,5%, ötən il təbii fəlakətlə əlaqədar taxıl və kartof istehsalının azalması istisna olmaqla 5%, bitkiçilik məhsulları üzrə 3,5%, heyvandarlıq məhsulları üzrə isə 6,1% təşkil edib. Ötən il kənd təsərrüfatının inkişafı məqsədi ilə hüquqi və mülki şəxslərə 13 milyon 405 min manat məbləğində güzəştli kreditlər verilib. Kreditlərin verilməsi nəticəsində 1066 daimi və müvəqqəti iş yeri açılıb. Ümumilikdə isə ötən il aqrar sahə üzrə 13495 iş yeri açılıb ki, onların

7483-ü daimidir. Qarşıda duran əsas vəzifələr isə toxumçuluq və buğda istehsalının artırılmasıdır. Görülən işlər nəticəsində 3 milyon tondan artıq taxıl məhsulu istehsalı nəzərdə tutulub. İclasda həm də korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələləri də müzakirə olunub.