Mədəniyyət

Yeniləşən Akademik Milli Dram Teatrı

10-01-2011 | 18:50        

  

Teatrların inkişaf etdirilməsi üçün aparılan islahatlar davam edir. Akademik Milli Dram Teatrında aparılan yeniliklər və dəyişiklikləri isə  əməkdaşımız araşdırıb. 1959-cu ildən Akademik adı daşıyan teatr “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən islahatlar mərhələsinə daxil olub. Kollektivin yeni tərkibdə formalaşdırılması prosesi artıq başlayıb. Yeni kollektiv müsabiqə yolu ilə işə qəbul olunacaq. Hər bir şəxslə isə fərdi qaydada müqavilə bağlanacaq. Müqavilə 1 teatr mövsümü ərzində qüvvədə olacaq. Teatrın nəzdində teatr studiyaları, treninq mərkəzinin fəaliyyət göstərməsi təklifi də artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib. Dövlət Proqramına əsasən repertuar siyasətinin yeni tələblər səviyyəsində qurulması da qarşıya qoyulan məqsədlərdəndi. Nəzərdə tutulan repertuarda dünya klassiklərindən Lev Tolstoyun “Hacı Murad”, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərləri ilə yanaşı müasir əsərlər də yer alır. Xalq yazıçısı Elçinin “Teleskop”, Afaq Məsudun “Yol üstü” pyeslərinin səhnə təcəssümü repertuarda yer alır. İsrafil İsrafilov  Akademik milli dram teatrının direktoru:Hazırda teatrımızda İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin yeni quruluşda səhnə təcəssümü üzərində iş gedir. Şekspirin “Afinalı timon” pyesi, o pyes ki, nə o zamankı SSRİ-də, nə də MDB-də heç bir teatr səhnəsində bu tamaşa qoyulmayıb. Düşünürəm ki, Bu tamaşanın da bizim teatr səhnəsində oynanması mədəni həyatımızda əsl mədəni hadisə ola biləcək”.Yeniləşən Akademik Dram Teatrında qarşıya qoyulan əsas məqsədlərdən biri  isə dünya teatr təcrübəsindən bəhrələnməkdi. Eyni zamanda, yenicə təmirdən çıxan, Avropa teatrları səviyyəsində texniki avadanlıqlarla təchiz olunan teatrda texniki işçilər də dünya teatr mərkəzlərində təcrübə keçəcək. Bir qrup texniki əməkdaşın Almaniyaya və Avstriyaya təcrübə mübadiləsinə gedəcəyi barədə də razılıq əldə olunub.

 


 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +31+33
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0255 | Satış: 0.0271

Avro:
Alış: 1.9825 | Satış: 2.0424
AzTV TƏQDİM EDİR