Mədəniyyət

Azərbaycanda Alman-Fransız Mədəniyyəti Günləri keçirilir

08-02-2011 | 15:39        

  

Azərbaycanda Alman –Fransız mədəniyyət günləri keçirilir. Fevralın 11-dək davam edəcək tədbir çərçivəsində iştirakçılara Alman-Fransız dostluğundan bəhs edən fotosərgi və konsert proqramı tədqim olunacaq.

Mədəniyyəti Günlərinin açılışı “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində oldu. Mərasimdə çıxış edən Almaniyanın və Fransanın ölkəmizdəki səfirləri Herbert Kvelle və Qabriel Keller bildirdilər ki,  tədbir 1963-cü ildə Parisdə Almaniya və Fransa arasında bağlanmış Yelisey müqaviləsinin 48-ci ildönümünə həsr olunub. Hər il dünyanın müxtəlif ölkələrində qeyd olunan bu cür mərasimlər fransız-alman dostluğunu dünyaya nümayiş etdirmək məqsədi daşıyır.

Mədəniyyət günləri çərçivəsində “Almaniya-Fransa əlaqələri” mövzusunda fotosərgi təşkil olunub. İkinci Dünya müharibəsindən bu günədək fransız-alman münasibətlərinin inkişafını əks etdirən sərgidə 23 əsər nümayiş olunur. Bundan əlavə alman və fransız bəstəkarların əsərlərdindən ibarət konksert proqramı təqdim  olunacaq. Sərgi fevralın 11-dək davam edəcək.