Cəmiyyət

Azərbaycan-NATO Beynəlxalq Məktəbinin növbəti qış sessiyası başa çatıb

08-02-2011 | 15:07        

  


Xarici İşlər Nazirliyi və NATO İctimai Diplomatiya İdarəsinin dəstəklədiyi Azərbaycan-NATO Beynəlxalq Məktəbinin  növbəti qış sessiyası başa çatıb. Yanvarın 31-dən başlayan sessiyada NATO-nun yeni strateji konsepsiyalarına tarixi yanaşma və onların qiymətləndirilməsi, NATO və tərəfdaşlıq münasibətləri müzakirə olunub. Konfransda Azərbaycan dövlət və hökumət rəsmilərinin, Almaniyanın Avropa Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzinin, NATO-ya üzv və tərəfdaş ölkələrin, həmçinin alyansın müvafiq strukturlarının nümayəndələrinin məruzələri dinlənilib. Müzakirələr zamanı Azərbaycan və NATO arasında əməkdaşlığın inkişafı, əlaqələrin dərinləşməsi istiqamətində görüləcək işlərdən danışılıb. Sessiyada dünyanın 20-dən çox ölkəsindən ekspertlər, Avropanın, ABŞ-ın nüfuzlu universitetlərinin nümayəndələri, diplomatlar, yerli mütəxəssislər iştirak edib.