Bölgələr

Çaylarda bəndvurma işləri davam etdirilir

10-01-2011 | 17:48        

  

 

 

Sel sularının qarşısının alınması məqsədi ilə dağ rayonlarında mütəmadi profilaktiki tədbirlər həyata keçirilir. Bu istiqamətdə Qəbələ rayonundakı dağ çaylarında bəndvurma işləri  davam etdirilir. Qəbələ rayonunda  sel sularının qarşısını almaq məqsədi ilə çaylarda bəndvurma işləri davam etdirilir. Hazırda rayonun suvurma sistemləri idarəsinin  əməkdaşları müasir texnikanın köməyi ilə Dəmiraparan çayının sahilində bəndvurma işlərini davam etdirir. Bunun üçün əvvəlcədən hazırlıq işləri aparılıb, digər çayların sahilində növbətçilik sistemi təşkil edilib. Vurulan bəndlərin keyfiyyəti onların  onilliklər ərzində şəhəri sel sularından qorunmasına  hesablanıb. Həmin bəndin aşağıdan eni 4,5 metr, hündürdən 9 metr olmaqla dəmir karkas üzərində birləşdirilib ki, bu da sel sularına sinə gərməyə imkan yaradacaq. Çay məcrasının təmizlənməsi işləri artıqlaması ilə yerinə yetirilib,  elə kanallar var ki, ildə 2 dəfə təmizlənir. Suvarma mövsümünün sonuna əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. Belə ki, rayon əsasən 5  çaydan su götürür  və 15 min 928 hektar ərazinin su ilə təmin edilməsi üçün lazımi işlər yerinə yetirilib. Su vurma kanallarının lildən təmizlənməsi, yaşayış və əkin sahələrinin daşqın və sel sularından qorunması da Azərbaycan Meliorasiya və Su təsərrüfatı  Cəmiyyətinin Qəbələ Su Vurma Sistemləri İdarəsinin yerinə yetirməyə hazırlaşdığı planlar siyahısındadır. Onu da deyək ki, rayonda sahilbərkitmə işləri son 10 ildə daha sürətlə inkişaf edib. Bunun üçün idarə müasir texnika və avadanlıqlarla təchiz edilib.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (13.12.2018) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR