Rəsmi xronika

Prezident İlham Əliyev Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib

07-02-2011 | 18:30        

  

Prezident İlham Əliyev fevralın 7-də Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanı qəbul edib.

Dövlətimizin başçısı Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın yeni vəzifədə ölkəmizə ilk səfərindən məmnunluğunu ifadə edib. Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsipləri üzərində qurulduğunu deyən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Milli təhlükəsizlik sahəsində də ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf edəcəyinə əminliyini bildirib. Yaşadığımız bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu sahədə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının bütün bölgəyə müsbət təsir göstərdiyini bildirib.

Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Yeni vəzifədə ölkəmizə səfərindən qürur hissi keçirdiyini bildirən Hakan Fidan Bakıda böyük dəyişikliyin və inkişafın şahidi olduğunu və bundan çox sevindiyini deyib.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR