Cəmiyyət

Jurnalistlər pulsuz cərrahi əməliyyat olunacaq

07-02-2011 | 16:25        

  

Statistika göstərir ki, peşə fəaliyyətləri ilə bağlı sağlamlıqlarına ən az diqqət yetirən şəxslər jurnalistlərdir. Onların pulsuz müayinə olunması aksiyası da bu məqsədlə keçirilir. Layihəyə  ötən ilin dekabr ayından start verilib. 40 gün davam edən birinci mərhələdə 400 nəfərə yaxın jurnalist müayinədən keçib. Nəticələr əsasında aksiyanın ikinci mərhələsinin keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq Bakıda yerləşən klinikalarla danışıqlar aparılır. Müayinələrdə xırda cərrahi müdaxilələrlə yanaşı, beyin yoxlamaları, ağ ciyərin rentgeni də nəzərdə tutulub.Pulsuz əməliyyat olunacaq jurnalistlərin qrupuna gündəlik və həftədə 3 dəfə çıxan qəzetlərin, informasiya agentliklərinin, televiziyaların xəbər redaksiyalarının  müxbirləri daxildir. Bunun üçün redaksiyalar nəzərdə tutulan konkret jurnalistlərin siyahısını seçiləcək müalicə müəssisəsinə təqdim etməlidir. Qeyd edək ki, gələcəkdə “Sağlamlıq” layihəsinin regionlarda işləyən jurnalistlər üçün də keçirilməsi  nəzərdə tutulub. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR