Mədəniyyət

İlk dəfə olaraq qədim və unikal nəşrlərin reyestri hazırlanıb

07-02-2011 | 15:24        

  

Respublikamızın kitabxana tarixində ilk dəfə olaraq qədim və unikal nəşrlərin reyestri hazırlanıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Dövlət reyestrinə 3482 adda müxtəlif formada olan kitab abidəsi daxil edilib. Bu nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, həmçinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri”nin DVD-si hazırlanıb. Qeyd edək ki, bu tədbirlər Nazirliyin ölkədə kitabxana işinin təşkili sahəsində apardığı islahatlar çərçivəsində həyata keçirilib. Hazırda Nazirliyin kütləvi kitabxanalar şəbəkəsinə 164 müstəqil kitabxana və 4200-dən artıq kitabxana filialı daxildir. Respublikanın kitabxana fondlarında 35 milyon nüsxədən çox kitab, jurnal, qəzet və digər informasiya daşıyıcıları mühafizə olunur.