Cəmiyyət

Avropa İttifaqı məktəb məzunlarına tələbə təqaüdləri təklif edir

07-02-2011 | 14:55        

  

Avropa İttifaqı Qonşuluq Siyasəti proqramına daxil olan ölkələrinin ali məktəb məzunlarına tələbə təqaüdləri təklif edir. Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu 2011-2012-ci tədris ilində Avropa Kollecinin aspiranturasında təhsil almaq üçün “Şərq Tərəfdaşlığı” dövlətlərinin universitetlərin məzunlarına təqaüd ayrıldığını elan edib. Kollec 1949-cu ildə Belçikanın Brügge şəhərində yaradılıb, Avropa İttifaqının ən qocaman və nüfuzlu təhsil müəssisəsi hesab olunur. Təqaüdlər təhsil, yaşayış, yemək və yol xərclərini ödəyir. Sənədlərin qəbul müddəti martın 15-nədəkdir.