İqtisadiyyat

Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçirilib

07-02-2011 | 14:47        

  

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Korporativ İdarəetmə Standartlarının təqdimatı keçirilib. Nazirliyin aparat rəhbəri Samir Vəliyev bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında ölkə başçısı digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində də vəzifələr müəyyən edib. İqtisadi İnkişaf Nazirliliyində korporativ idarəetmə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupu yaradılıb. Azərbaycan Korporativ İdarəetmə Standartları hazırlanıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov və Nazirliyin sektor müdiri Anar Hacızadə standartların tətbiqinin səhmdarın hüquqlarının müdafiəsi sahəsində önəmli olacağını vurğulayıblar.